Vüqar Həşimovun bacısına vəzifə verildi
06 May 2025, 08:53
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
4217
07.02.2025, 14:04
Ürəyinə stend qoyulan Münasib Şirinov Baş Prokurorluğa üz tutdu.
2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raket atəşinə tutulması zamanı evləri dağılan vətəndaşlar şikayət edirlər.
Bu barədə Oxu24.com-a bir grup Gəncə şəhər sakini müraciətlərində bildiriblər.
Müraciət edən şəxslərin narazılığı hücum nəticəsində onlara məxsus dağıdılmış mülklərin bu günə qədər təmir və bərpa olunmaması, dəymiş ziyanın ödənilməməsi və bu prosesləri həyata keçirilməsinə məsul şəxslərin işlərinə səhlənkar yanaşmasındandır. Əsas məqam şikayət edən vətəndaşları aldadaraq onlara ağ kağıza qol çəkdirilməsi məsələsidir. Bu addımlar hansı məqsədlə və kimlər tərəfindən atılıb?
Həmin vətəndaşlardan biri də Gəncə şəhəri,Cavadxan qəsəbə sakini Münasib Şirinovdur.Onun sözlərinə görə,erməni terroru nəticəsində ailəsinə məxsus evdə,həyətyanı sahədə və tikililərdə dağıntılar qeydə alınsa da,bu günə qədər bərpa olunmayıb.
“Hadisədən 5 ilə yaxın vaxt keçir.Dövlət tərəfindən bizə ayrılmış vəsaiti vermirlər. Mənim evimə ciddi ziyan dəyib. Ev hazırda qəzalı vəziyyətdədir.Rəsmi qurumlara bir neçə dəfə ərizə ilə müraciət etdim.Şikayətlərdən sonra Gəncədə təmir işləri ilə məşğul olan podratçı şirkətin nümayəndəsi Adil bəy evimizə gəldi.Onun göstərişi ilə evin bir hissəsinə lambirin vuruldu.Bununla da onların bizə gördüyü iş yükunlaşdı.Dövlət tərəfindən bizə ayrılmış pulların hara getdiyini bilmirik.Mənə ağ kağıza qol çəkdirdilər ki, bu lambirinin vurulmasına görədir.Mən də inanıb,ağ kağızı imzaladım. Daha sonra məlum oldu ki, məni aldadıb,qol çəkdiriblər.”,-deyə sakin bildirib.
Münasib Şirinovun sözlərinə görə,qarşılaşdığı problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir neçə dəfə müraciət edib, mötəbər şəxslərin qəbullarında olub. Buna baxmayaraq iş müşkilə çevrilib, problem həllini tapmayıb.
“İşlərin düzgün getmədiyini gördükdən sonra Bakıya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayətə gəldim. Burada işlərin həyata keçirilməsinə rəhbərlik edən Vasif adlı əməkdaşla görüşdüm. O, hər dəfə məni aldatmağa,get-gələ salmağa başladı. Təsəvvür edin ki,mənzilin sahibi mən olduğum halda,mənzilə aidiyyatı olmayan,heç bir qeydiyyatı olmayan,mülkiyyət hüququ çatmayan şəxslər haqda vaxtı uzatmaq üçün müxtəlif,gərəksiz sənədləri məndən tələb edirdi. Bununla o məni get-gələ salaraq bir növ yormaq istəyirdi ki,bezib bu məsələdən əl çəkim. Buradan rəhbərlikdə oturanlara sual verirəm: Mənzinin sahibi mənəm,qeydiyyat mənə və ailə üzblərimə məxsusdur.Atamın,qardaşlarımın,digər qohumlarımın bu mənzildə nə qeydiyyatı var, nə də payları.Belə olan halda mənə ödəniləcək məbləğin verilməsi zamanı niyə onlardan razılıq sənədi tələb olunur? Bu,özbaşnalıq deyilmi?”,- deyə Münasib Şirinov bildirib.
Münasib Şirinovun sözlərinə görə, ardıcıl şikayətlərdən sonra komissiya təşkil olunub. Smeta çıxarılıb və ona 40 min manat məbləğində kompensassiya ödəniləcəyi deyilib. Bu haqda ondan ərizə də istənilib. Buna baxmayaraq həmin məbləğ bu günə qədər ödənilməyib.
Həmçinin oxuyun
“Şikayətlərdən sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" DBLİ tərəfindən layihə-smeta sənədləri hazırlandı.Həmin smeta sənədi məndən gizlədilirdi.Tam təsadüf nəticəsində sənəd əlimə keçdi.Yazılan materiallardan gördüm ki,onlar kifayət qədər böyük və şişirdilmiş məbləğ yazıblar.Uzun mübahisələrdən sonra mənə 40 min manat dəymiş ziyan ödəyəcəklərini dedilər. Bu sözü mənə Fövqəladə Hallar Nazirliyinin Şahin adlı əməkdaşı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəlisi Vasif adlı şəxs deyib.Mən də əlacsız qalıb,onların dediyi 40 min manatla razılaşdım. Buna baxmayaraq hələ də məbləğ mənə ödənilmir və bundan imtina olunur.”,- deyə şikayətçi bildirib.
Yollarda gedib-gəlməkdən və keçirdiyi ağır stresslərdən sonra Münasib Şirinovun səhhətində ciddi problemlər yaranıb. Bu haqda özü deyir:
“Vasif müəllim mənə həm maddi,həm də mənəvi ağır zərbələr vurdu.Bir sənədin arxasınca uzun müddət Gəncə-Bakı arasında qaldım.Məqsədli şəkildə sənədlərimi itirdilər.Təzədən tapıb, gətirdim. Axırda infarkt keçirdim,ürəyimə stend qoyuldu.İndi də vəziyyətim pisdir.”
Münasib Şirinov bildirib ki, özbaşnalığa və qanun pozuntularına görə artıq rəsmi qurumlara şikayət ərizəsi yazıb.
“Məmurların qanunları pozmasına və bizi süründürməçiliyə saldığına görə,Baş prokuror cənab Kamran Əliyevə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi yazmışam.”,-deyə O,bildirib.
Oxu24.com iddialarla bağlı yazıda adı hallanan tərəflərin də mövqeyini öyrənib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada bildirib ki, layihə-smeta sənədlərində nəzərdə tutulan işlərin bir qismi podratçı təşkilat tərəfindən yerinə yetirilmiş, digər qismi üzrə nəzərdə tutulmuş məbləğ zərərçəkmişin istəyi ilə podratçı tərəfindən zərərçəkmişlərə ödənilmiş təhvil-təslim aktı imzalanmışdır.
“Vətəndaşın müraciətləri əsas gətirilərək onun evində təkrar baxış keçirilmiş, qaldırdığı məsələlər aktlaşdırılmış və bu halların müharibədən dəymiş ziyan olmasının dəqiqləşdirilməsi üçün "Azərdövlətlayihə" DBLİ təqdim edilmişdir. Araşdırmanın nəticəsi olaraq vətəndaş tərəfindən qaldırılan məsələlərin müharibədən dəymiş ziyanla əlaqəli olmadığı müəyyən edilmiş və onların icrasının Komitənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.”,-deyə rəsmi açıqlamada qeyd olunur.
Miri Məcidli
08:53 / 06 May 2025
Vüqar Həşimovun bacısına vəzifə verildi
7
21:47 / 05 May 2025
Ağır qəza baş verib: Yaralılar var
581
20:51 / 05 May 2025
Müəllimləri sevindirəcək xəbər
115
20:35 / 05 May 2025
Krediti olanlara ŞAD XƏBƏR - Faiz hesablana bilməz - AÇIQLAMA
133
20:31 / 05 May 2025
Telefonunuzda bu funksiyanı dərhal dayandırın
307
20:27 / 05 May 2025
Rumıniyanın baş naziri istefa verdi
93
20:15 / 05 May 2025
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
92
20:12 / 05 May 2025
Zelenskinin gündəm olan görüntüsü
227
20:06 / 05 May 2025
Kişilərdə də sinə xərçəngi olurmuş — Cərrah mammoloq xəstəliyin əlamətlərini açıqladı (MÜSAHİBƏ)
5037
20:02 / 05 May 2025
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
135
19:54 / 05 May 2025
Hindistan ABŞ-a bir sıra mallara sıfır rüsum tətbiq etməyi təklif edib
94
19:47 / 05 May 2025
Rusiya Mərkəzi Bankı dolların məzənnəsini qaldırıb
102
19:44 / 05 May 2025
Qayınata gəlininin həyatına son qoydu
718
19:41 / 05 May 2025
Pensiyalarla bağlı ƏHALİYƏ MÜJDƏ
341
19:35 / 05 May 2025
AFFA "Traktor"u təbrik edib
106
19:31 / 05 May 2025
Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib
121
19:24 / 05 May 2025
Məktəbdə uşaqlara ilan əti yedizdirildi
631
19:23 / 05 May 2025
Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib
94
19:01 / 05 May 2025
Rusiya azərbaycanlı deputatı niyə ölkəyə buraxmayıb?
254
18:50 / 05 May 2025
Ukrayna şəhərləri boşaldır
108
18:42 / 05 May 2025
ABŞsız NATO: Avropa Rusiya ilə təkbaşına öhdəsindən gələ bilərmi?
103
18:24 / 05 May 2025
Əli Əsədov qərar imzaladı
669
18:15 / 05 May 2025
3 bürcün taleyi MÖHTƏŞƏM olacaq - Yaxın günlərdə!
129
18:00 / 05 May 2025
Yunanıstan Patriotun Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edir
107
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.